Şəhid övladlarının himni – VİDEO

// Cəlal Qurbanov "Mənim atam qəhrəmandır!" üçün musiqi bəstələdi

   Şəhid övladlarının himni –    VİDEO
  24 Fevral 2023    Oxunub:3195
Artıq 3 ilə yaxındır ki, davam edən "Mənim atam qəhrəmandır!" layihəsinin himni yazılıb. Bəstənin sözləri Xanım İsmayılqızına, musiqisi layihənin rəhbəri Cəlal Qurbanova, aranjmanı Rəşad Bağırova məxsusdur.
Mahnını müğənni Zamiq Hüseynov şəhid övladları ilə birlikdə ifa edib. Şəhid övladları tezliklə himnin klipinə də çəkiləcəklər.



Cəlal Qurbanov öz sosial şəbəkə statusunda layihə ilə bağlı fikirlərini bildirib: "Əminəm ki, bu anlamlı layihə "Mənim atam qəhrəmandır" çətiri altında birləşən hər kəsin ürəyincə olacaq".


Onun sözlərinə görə, bu layihədə indiyədək 2000-dən artıq şəhid ailəsi iştirak edib. "Layihə tezliklə bütün regionlarda da davam etdiriləcək",- Qurbanov vurğulayıb.

Qalereya




Teqlər: Qəhrəmanlarımız  





Xəbər lenti