Baş tutmayan tələ - DTX ermənilərin içimizə sızmaq cəhdini puça çıxardı

DTX rəsmisi bildirib ki, Qarabağdakı qondarma rejimin "rəhbər"inin sabiq müşaviri Tiqran Abramyan tərəfindən yaradılan analitik mərkəzin məqsədi Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaq olub.
Ermənilərin sosial şəbəklər üzərindən məlumat toplamaq cəhdlərinin qarşısını almaq məqsədilə DTX, toplanmış materiallar əsasında sözügedən mərkəzin əməkdaşı, fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri həyata keçirilməsi barədə qərar qəbul edib.
Məlumata görə, digərlərindən fərqli olaraq, Alen Qulyan sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan şəxslərlə dostluq münasibəti yaratmağa çalışıb, əsasən, milli etnik azlıqları hədəfə alıb.
Bu hal nəzərə alınaraq, əməliyyat tədbiri zamanı ölkəmizdə yaşayan etnik azlıq nümayəndəsi obrazı yaradılıb. Və həmin "obraz" vasitəsilə Alen Qulyanla əlaqəyə keçilib.
Alen Qulyan, DTX "obraz"ı ilə söhbətində müxtəlif hərbi hissələrdə mövqelər yaratmaq niyyətini açıqlayıb.
Daha ətraflı videoda:
AzVision.az
Teqlər: