"Çünki onlara yaralı olmalarına baxmayaraq, ağır işgəncələr verilirdi. Eyni zamanda bir əminlik var idi ki, ölkə rəhbəri Prezident İlham Əliyevin səyi nəticəsində geri qayıdacaq. Araşdırma zamanı müəyyən olunub ki, əsirlərə yemək gətirilən "Art lunch" şirkəti Ermənistanın sabiq müdafiə naziri David Donayanın himayasi altında fəaliyyət göstərir.
Qürurverici məqamlardan biri odur ki, orada olan hərbçilər azadlığa çıxmaları barədə deyil, gedən proseslər, onları dindirən şəxslər, dindirmə prosesində istifadə olunan vasitələr barədə məlumat toplayıb, ölkəyə qayıtdıqdan sonra bizə təqdim etdilər".
DTX rəsmisi əlavə edib ki, düşmən tərəfindən həm hərbi, həm mülki şəxslər ətrafında, eyni zamanda vaxtilə əsirlikdə olmuş Azərbaycan hərbçiləri ilə aparılan işlərdə eyni dəst xətt hiss olunurdu.
"Ermənistanda əsirlikdə olub qayıtmış soydaşlarımızı şərti olaraq iki qrupa böldük. Bir qrupun təqdim etdiyi fikirlər əsasında əsirlikdə olarkən onlara işgəncə vermiş, onları məxfi əməkdaşlığa cəlb etmiş şəxslərin fotorobotları hazırlandı. Məqsəd həmin fotorobotları hazırladıqdan sonra əldə edəcəyimiz şəxslər barədə məlumatları eyniləşdirmək idi. Fotorobotlar eskiz halına gətirildi. Sonrakı etapda ikinci qrupun üzvlərinə təqdim olundu".

Fotorobotlarla bağlı aparılan əlavə tədbirlər zamanı müəyyən olunub ki, əsirlərlə sorğuların keçirilməsi prosesində iştirak edən şəxslər Karen Qazaryan, Rafael Vardanyan, orada tibb bacısı kimi fəaliyyət göstərən Amali Sarkisyan, eyni zamanda xadimə sanitar işləyən Şuşanın Varsadanyan olub.
Aytən Zəhra
AzVision.az