Rusiya məğlub olacaq – Ukraynalı politoloqun yazısı

   Rusiya məğlub olacaq –    Ukraynalı politoloqun yazısı
  25 Fevral 2023    Oxunub:2596
Yevgeni Maqda
Dünya Siyasəti İnstitutunun (Ukrayna) direktoru
Ukrayna Milli Texniki Universitetinin dosenti

Xüsusi olaraq AzVision.az üçün

Rusiya-Ukrayna müharibəsi 1945-ci ildən bəri Avropada ən böyük hərbi konfliktdir. Müharibənin dünyaya təsiri çox böyükdür. Böyük qurbanlar və itkilər var. Nəhəng immiqrasiya böhranı yaşanır. Bir neçə milyon Ukrayna vətəndaşı ölkənin ərazisini tərk etmək məcburiyyətində qalıb. Ərzaq qıtlığı yaranıb. Bir çox logistik əlaqələr pozulub, çox şey həqiqətən dəyişib. Məsələn, Almaniya cəmi bir il ərzində Rusiya qazından tamamilə imtina edib. Amma bu, qeyri-mümkün görünürdü.
Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq edildi. Zaporojye AES-i ələ keçirən Rusiya nüvə şantajı aparır. Moskva üç gün ərzində Ukraynada hakimiyyətin dəyişəcəyini, sonra öz şərtlərini diktə edəcəyini gözləyirdi. Amma alınmadı və alınmayacağı da açıq-aydın görünür.

Rusiya səylə bu münaqişənin NATO ilə olduğunu göstərməyə çalışır. Amma belə deyil. Çünki Ukraynada NATO əsgərləri döyüşmür.

Rusiya bunu Üçüncü Dünya Müharibəsi kimi də təqdim etməyə çalışır. Amma bu, III Dünya Müharibəsi deyil. Bu, Rusiya-Ukrayna müharibəsidir və ya Ukraynanın müstəqilliyi uğrunda müharibədir.

Müharibənin məntiqi göz qabağındadır. Rusiya məğlub olacaq. Corc Soros bildirib ki, Rusiyanın məğlubiyyəti onun dağılmasına gətirib çıxaracaq. Həm də postsovet məkanında çox ciddi dəyişikliklərə səbəb olacağını deyir. Düşünürəm ki, bu dəyişikliklər ilk növbədə Rusiya Federasiyasının özünə təsir edəcək. Nə demək istədiyimi izah edəcəyəm.

Ukrayna öz qələbəsini ölkəmizin ərazi bütövlüyünün bərpasında görür. Bunsuz Ukrayna hərbi əməliyyatları dayandırmağa və hər hansı danışıqlar aparmağa hazır deyil. Bununla belə, Ukrayna Rusiya ərazisinin bir santimetrinə belə iddia etmir. Rusiyanın parçalanmasına gəlincə, bu bütövlükdə dünya birliyinin səylərinin mövzusu olmalıdır. Çünki Rusiyanın bu qədər aqressivləşməsinə görə Qərb ölkələri də qismən məsuliyyət daşıyırlar.

Vəziyyət heç də çıxılmaz deyil. Hesab edirəm ki, Ukraynanın Rusiyanın ilk zərbələrinə tab gətirməsi, adekvat cavab verə bilməsi bütün dünyaya göstərir ki, müstəqillik üçün mübarizə aparmaq lazımdır. Silaha əl atmalı olsan da.

Bəli, Ukrayna ciddi itkilər verir, böyük zərər gördü. Lakin bu, Ukraynanın müstəqilliyi uğrunda mübarizədə iradəsini qıra bilmədi. Ukrayna bütün dünyaya özünü müdafiə etməyə və Rusiyanı yerində oturtmağa qadir olduğunu göstərdi. İndi növbədə bütün dünyanın Rusiya Federasiyasına qarşı siyasətini formalaşdırmaqdır.

Bir il əvvəl Ukrayna ordusunun müqavimət göstərə biləcəyinə inanmayanlar bu gün ona döyüş təyyarələri, tanklar və uzaqmənzilli raketlərin tədarükü perspektivlərini müzakirə edirlər. Bəli, bu, sabah olmayacaq. Amma düşünürəm ki, mütləq baş verəcək.

Müharibənin nəticəsi həqiqətən çox ciddi dəyişikliklərə səbəb olacaq. Ona da inanıram ki, hazırda 54 ölkəni əhatə edən Ramştayn formatı bundan sonra da təhlükəsizlik formatı kimi inkişaf edəcək. Çünki öz təsirini göstərdi.

Ukrayna isə təbii ki, ən azı postsovet məkanında və Mərkəzi Avropa regionunda lider olacaq. Zamanla Aİ və NATO-ya üzv olacaq. Ancaq eyni zamanda, öz üzərində də xeyli çalışmalı olacaq. Biz bunu bacaracağıq! 2022-ci il fevralın 24-dən başlayaraq bunu bütün dünyaya sübut etdik.



Teqlər: Müharibə   Ukrayna  





Xəbər lenti