BQXK-nin 5 avtomobili Xankəndidən erməniləri daşıdı

BQXK-nin 5 avtomobili Xankəndidən erməniləri daşıdı
  25 Fevral 2023    Oxunub:893
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 5 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
AzVision.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 5 minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər.

Avtomobillərin içərisində erməniəsilli şəxslər olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 76 gündür davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti