Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
  25 Fevral 2023    Oxunub:951
Gəncə şəhərində qanunsuz tikinti işlərinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qeyd olunub ki, bu çərçivədə, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.


AzVision.az


Teqlər:





Xəbər lenti