"Zəlzələ ilə bağlı konsulluq və səfirliyimizə müraciət edən bütün vətəndaşlarımız təxliyə edilib”

   "Zəlzələ ilə bağlı konsulluq və səfirliyimizə müraciət edən bütün vətəndaşlarımız təxliyə edilib”
  26 Fevral 2023    Oxunub:997
“Türkiyədə baş verən zəlzələdən sonra oradakı səfirlik və baş konsulluqlarımız vasitəsilə qardaş ölkədə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasına başlanılıb”.
“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Türkiyədə dağıdıcı zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan müxtəlif istiqamətlərdə hərəkətə keçib:

“Onlardan ən əsas məqamlardan biri də Prezidentin tapşırığına əsasən xilasedicilər və həkimlərdən ibarət böyük bir qrupun zəlzələ bölgəsinə yollanmasıdır. Məhz Azərbaycanın ən böyük heyətlə qardaş ölkəyə yollanmasında əsas məqsəd maksimum şəkildə insanların xilas edilməsi idi. Yalnız Azərbaycan xilasediciləri tərəfindən 50-dən çox şəxs xilas edilib”.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyədəki konsulluq və səfirliyinə müraciət edən bütün vətəndaşlar təxliyə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti