Azad edilmiş ərazilərdə daha 14 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 14 mina aşkarlanıb
  27 Fevral 2023    Oxunub:821
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 14 mina və 443 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 384 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

AzVision.az


Teqlər:





Xəbər lenti