DİN-də "Aşıq Muşqulat"a məşğuliyyət tapıldı - Açıqlama

 DİN-də "Aşıq Muşqulat"a məşğuliyyət tapıldı -  Açıqlama
  27 Fevral 2023    Oxunub:3625
Xalq arasında "Aşıq Muşqulat" kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb .
O, təbliğat işlərinə cəlb olunub. Bir neçə gün əvvəl yol polisinin təşkil etdiyi təbliğat xarakterli tədbirdə çıxış edib. Məlumatı AzVision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev təsdiq edib. O bildirib ki, E.Mahmudov 5-6 il bundan qabaq daxili işlər orqanlarında çalışıb. Sonradan öz istəyi ilə işindən ayrılıb. Yenidən polis kimi çalışan aktyor hazırda serjant rütbəsini daşıyır.
“Aşıq Muşqulat” yol polisi oldu - FOTO

Qeyd edək ki, xalq arasında Aşıq Muşqulat adı ilə tanınan Elnur Mahmudov efirlərdə məzəli mahnıların ifaçısı kimi müxtəlif verilişlərdə çıxış edib. İfa etdiyi "Fırlanem başına" mahnısında yol polislərinin ünvanına xoş sözləri ilə yadda qalıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Polis  





Xəbər lenti