"Müəllimlərin orta aylıq maaşı 1000 manatdan çox olacaq" - Nazir
"Sertifikasiyadan keçdikcə müəllimlərin əmək haqqısı 790 manatdan 910 manata qalxacaq. 2-3 ildən sonra müəllimlərin orta aylıq əmək haqqısının 1000 manatdan çox olacağını proqnozlaşdıra bilərik".
E Əmrullayev qeyd edib ki, Azərbaycanda müəllimlərin 52 faizi 500-1000 manat aralığında əmək haqqı alır.
"29423 müəllim 500 manata qədər, 67 499-u 500-1000 manat, 3103 nəfər 1500-2000 manat, 216 müəllim isə 2000 manatdan çox əmək haqqı alır".
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumtəhsil və dövlət peşə təhsil müəssisələrində çalışan təhsil işçilərinin aylıq vəzifə maaşları fevralın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: