Xaricdə hüquqşünas, müəllim, mühəndis ixtisaslarını bitirənlər imtahan verəcəklər

   Xaricdə hüquqşünas, müəllim, mühəndis ixtisaslarını bitirənlər imtahan verəcəklər
  27 Fevral 2023    Oxunub:1343
“Xaricdə təhsil alan şəxslərin diplomların ölkəmizdə tanınması üçün yeni qaydalar qüvvəyə minib”.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, bir sıra vacib dəyişiklər var:

“Əvvəl yalnız bakalavr və magistr diplomunu tanıyırdıqsa, indi isə xaricdə əldə olunmuş tam orta və orta ixtisas təhsili almış klavikasiyalarını tanıyacağıq”.

Nazir əlavə edib ki, artıq müsahibə mərhələsi ləğv edilir:

“Əvəllər nazirlik tərəfindən MDB ölkələrində təhsil alan şəxslərə bilik səviyyəsinin qiymətləndiriliməsi mərhələsi artıq yoxdur. Bunun əvəzinə hüquqşünas, müəllim, mühəndis ixtisaslarını bitirənlər Dövlət İmtahan Mərkəzində imtahan verəcəklər. Digər ixtisasları bitirənlərə isə elektron qaydada diplom veriləcək. Şəhadətnamələrin üzərində o cümlədən, mənim imzamla da saxtalaşdırılan şahadətnamələrə ehtiyac qalmayacaq. Fikrimcə, bu sahədə saxtakarlıq imkanı olmayacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti