Meksikalı parlamentarilər Şuşada

Səfər çərçivəsində qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri və digər abidələrlə tanış olublar, Şuşanın Qala divarlarını, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.
Sonra qonaqlar Cıdır düzündə olublar. Bildirilib ki, bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkanına çevrilib.
AzVision.az
Teqlər: