Lavrov Azərbaycana gəlib

   Lavrov Azərbaycana gəlib
  27 Fevral 2023    Oxunub:545
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlib.
Rusiya XİN rəhbərinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Sergey Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub.

Danışıqlarda müttəfiqlik münasibətlərinin mütərəqqi inkişafı üçün qarşılıqlı meyllərə əsaslanan ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti