Norveç ruslara görə dünya çempionatını boykot etdi

Norveç ruslara görə dünya çempionatını boykot etdi
  27 Fevral 2023    Oxunub:1053
Norveç Boks Federasiyası Rusiya və Belarus idmançılarının iştirakı ilə əlaqədar 2023-cü il boks üzrə dünya çempionatını boykot etmək qərarını açıqlayıb.
Qeyd olunub ki, boykot təkcə boksçular deyil, həm də hakimlər və digər rəsmi şəxslər tərəfindən həyata keçiriləcək. Qadınlar arasında dünya çempionatı 2023-cü ilin martında Hindistanın Yeni Dehli, kişilər arasında isə may ayında Özbəkistanın Daşkənd şəhərində keçiriləcək.

ABŞ, Böyük Britaniya, Çexiya, İrlandiya, İsveç və Kanada daha əvvəl turnirləri boykot edəcəklərini elan etmişdilər. Buna səbəb Rusiya və Belarus boksçularının öz dövlət bayraqları altında yarışlara buraxılması olub.

Xatırladaq ki, yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Ukrayna ərazisində hərbi əməliyyatın keçirilməsinə dəstək ifadə etməyən rusiyalı idmançıların neytral statusda beynəlxalq yarışlara buraxılması imkanını nəzərdən keçirdiyini açıqlamışdı.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti