Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə yeni sədr seçildi

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə yeni sədr seçildi
  27 Fevral 2023    Oxunub:866
27 fevral tarixində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı (DMHİ) Respublika Komitəsi Plenumunun yarıdan çox üzvünün birgə tələbinə əsasən, Komitənin növbədənkənar Plenumu keçirilib. Tədbirdə 19 plenum üzvü, kollektivi təmsil edən 98 səlahiyyətli nümayəndə və 92 digər üzv iştirak edib.
Plenumda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov və sədr müavini Samir Böyükzadənin səlahiyyətlərinə səs çoxluğu ilə xitam verilib.

Plenum üzvlərinin səs çoxluğuna əsasən, ADY-də 40 ildən çox iş stajına malik və 2012-ci ildən Sərnişindaşıma Departamentinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edən Vaqif Bədəlov DMHİ-nin yeni sədri, 2004-cü ildən dəmir yolunda çalışan və 2016-cı ildən Respublika Komitəsinin Sosial-iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Fətəli Bəyimov isə sədr müavini seçilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti