Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası hazırlanır

   Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası hazırlanır
  28 Fevral 2023    Oxunub:1060
“Mədəniyyət Nazirliyi “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” sənədi hazırlamaqdadır. Sənədin məzmunundan irəli gələrək dövlət planı işləniləcək”.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli parlamentdə “Qeyri-maddi mədəni irs haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, burada qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdiriləcək: “Mədəniyyət sahəsində fəaliyyətin yeni məzmunu müəyyən edilməlidir. Artıq mədəniyyət sahəsinə aid olan prioritetlər müəyyən edilməkdədir”.

A.Kərimli qeyd edib ki, mədəniyyət sahəsindəki boşluqların, nizamsız və sistemsiz fəaliyyətin qarşısının alınması üçün ciddi instutisional islahatlar labüddür.

"Bu sahədəki problemləri şəxsən görüb, ona toxunub hiss etmədən təbii ki, nöqsanların doğru-düzgün müəyyən etmək, onların həlli üçün təkliflər hazırlamaq qeyri-mümkündür”.

AzVision.az


Teqlər:





Xəbər lenti