Kamran Əliyev özünə köməkçilər təyin etdi

    Kamran Əliyev özünə köməkçilər təyin etdi
  28 Fevral 2023    Oxunub:1040
Baş prokuror Kamran Əliyevin əmrinə əsasən Vüsal Əliyev Baş prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Vüsal Əliyev bu təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışmışdır.
AzVision.az xəbər verir ki, həmçinin müvafiq əmrlə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışmışdır.

AzVision.az



Teqlər:



Xəbər lenti