Naxçıvanda bu məmurlar işdən çıxarıldı

   Naxçıvanda bu məmurlar işdən çıxarıldı
  28 Fevral 2023    Oxunub:838
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini vəzifəsindən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, komitənin sədr müavini Ruslan Kəngərlinin vəzifəsindən azad edilməsi barədə müvafiq sərəncam imzalanıb.

Həmçinin Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev ötən gün vəzifəsindən azad olunub.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrini müavin Qəzənfər Şıxəliyev müvəqqəti icra edir.

AzVision.az


Teqlər:



Xəbər lenti