Nazir əvəzi: "Orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır"

      Nazir əvəzi:    "Orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır"
  28 Fevral 2023    Oxunub:1003
“Orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır”.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli deyib.

Nazir əvəzi bildirib ki, bu gün Azərbaycanda 7000-ə yaxın mədəniyyət müəssisəsi var və orada ciddi problemlər var: “Onların infrastrukturları demək olar ki, yoxa çıxıb. Ucqar kəndlərdə yerləşən kitabxanaların vəziyyəti olduqca acınacaqlıdır. Kitab təminatında da ciddi problemlər var. Həmin müəssisələrdə çalışan kadr potensialı bərbad durumdadır. Hətta orta ixtisas təhsili olmayan şəxslər kitabxanalarda rəhbər vəzifələrdə çalışır. Prosesə kompleks yanaşmaq lazımdır. Bu məsələ ilə əlaqəli ciddi araşdırma və təhlil aparılır ki, səhv etməyək. Həmin müəssisələrin faydalılığı da yoxlanılmalıdır”.

AzVision.az


Teqlər:



Xəbər lenti