BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəyə səfər edən C.Kőrösi ölkə başçısı və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri gözlənilir. BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti səfəri martın 3-də başa çatacaq.
Səfər zamanı onu aparat rəhbərinin müavini Marani, habelə iqtisadiyyat və enerji məsələləri üzrə aparat rəhbərini müavini Məmmədova da daxil olmaqla dörd nəfərdən ibarət nümayəndə heyəti müşayiət edəcək. Səfərin xərcləri Baş Assambleya Prezidenti idarəsinin etimad fondundan qarşılanacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


