Layihə üzrə işlərin 73 faizi yerinə yetirilib. Yol boyu ümumi uzunluğu 6 kilometr təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır.
123,6 kilometrlik yolun 70,2 kilometrlik hissəsində torpaq yatağı inşa olunub. Hazırda yatağın tikintisi yekunlaşmış hissə boyu yol əsası inşa edilir, asfaltlanma işləri görülür.
Tikinti işlərinin əsas hissəsinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


