Azərbaycanın Türkiyəyə dəstəyi ilə bağlı rəy sorğusu
Sorğuda iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan xalqının və dövlətinin Türkiyəyə dəstəyini müsbət xarakterizə edib. Belə ki, iştirakçıların 99%-i Azərbaycanın bütün imkanları ilə Türkiyənin yanında olduğunu bildirib. Onların cəmi 1%-i Azərbaycanın Türkiyəyə yetərli dəstək göstərmədiyi mövqeyini bölüşüb.
Sorğunun sahə işi 11 fevral - 14 fevral 2023-cü il tarixində icra olunub. Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb. Sorğu ölkənin üç böyük şəhərində - Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız bina evlərində yaşayan şəxslər arasında keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


