Şvartsenegger geri qayıdır

   Şvartsenegger geri qayıdır
  28 Fevral 2023    Oxunub:1237
Dünya şöhrətli aktyor Arnold ekranlara qayıdır. O,"Fubar" adlı yeni dramı ilə pərəstişkarlarının qarşısına çıxacaq.
Netflix-in YouTube kanalında paylaşılan 8 seriyalı serialın mayın 25-də platformada yayımlanacağı bildirilib. Şvartseneggerin rol aldığı rəqəmsal platformanın ilk serialı olan "Fubar"da məşhur aktrisa ilə yanaşı Monika Barbaro, Fortune Feymster və Endi Bakli də iştirak edəcək.

Komediya serialı ata və qızın bütün münasibətlərinin yalana əsaslandığını və hər ikisinin CIA agenti olduqlarını aşkar etdikdə baş verənlərdən bəhs edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti