Dudarev vəfat etdi

Dudarev vəfat etdi
  28 Fevral 2023    Oxunub:1521
Fevralın 27-də sovet və belarus dramaturqu, aktyor, ssenarist, məşhur "Ağ Ros" və "Brest qalası"nın ssenari müəllifi Aleksey Dudarev vəfat edib.
Dudarev aktyor kimi bir neçə filmdə- "Qonaq", "Onun tətili", "Kupala gecəsi"ndə rol alıb. Onun ssenari hesabında isə iyirmiyə yaxın film var.
Dudarevin 73 yaşında Minskdə qəflətən vəfat etdiyi bildirilir.

Məşhur belaruslunun əsərləri rus, slovak, türkmən, özbək, ukrayna, eston, litva, polyak və başqa dillərə tərcümə olunub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Vəfat   Aktyor  





Xəbər lenti