"Od çərşənbəsində hava normadan 6 dərəcə yüksəkdir" - Umayra Tağıyeva

   "Od çərşənbəsində hava normadan 6 dərəcə yüksəkdir" -    Umayra Tağıyeva
  28 Fevral 2023    Oxunub:710
“Hazırda ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır, Bakıda və Abşeron yarımadasında temperatur iqlim normasından 6 dərəcə yüksəkdir".
AzVision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, fevralın son günlərində havanın mülayim keçməsi yazın gəlişinin müjdəsidir.

"Temperaturun bu gedişi daha çox mart ayı üçün uyğundur. Hətta bu gün Laçında havanın temperaturu 24, Füzulidə 16, Abşeronda 17 dərəcəyədək yüksəlib”.

Xidmət rəisi qeyd edib ki, həmçinin keçən il də Od çərşənbəsində temperatur iqlim normasından 6 dərəcə yüksək müşahidə olunub.

“Bu il Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 17-19 dərəcəyədək yüksəlib. Baharın yaxınlaşmasının ilk əlamətlərini bildirən Od çərşənbəsi bu il ölkə ərazisində əsasən sabit, yağmursuz, dumanlı hava şəraiti ilə səciyyələnir”.

AzVision.az


Teqlər:



Xəbər lenti