Dünyada ən bahalı boşanma – 3,5 milyard manat

Dünyada ən bahalı boşanma – 3,5 milyard manat
  20 May 2014    Oxunub:1092
Rusiyalı milyarder Dmitri Rıbalovlev boşandığı həyat yoldaşına 3,5 milyard manat (2.7 milyard funt sterlinq) ödəməlidir.
AzVison.az-ın məlumatına görə, bu dünya tarixində ən bahalı boşanma prosesidir.

İsveçrə məhkəməsinin qərarına əsasən 47 yaşlı milyarder, Fransanın “Monako” klubunun rəhbəri Dmitri Rıbalovlev həyat yoldaşı Yelenaya 4 milyard İsveçrə frankı məbləğində pul ödəməlidir.

Məhkəmə həmçinin Gstaad kurort zonasında 113 milyon manat dəyərində olan mülkü və Cenevrənin varlı Cologny bölgəsində yerləşən iki binanın da Yelenaya veriolməsi barədə qərar verib. Həmçinin, cütlüyün 13 yaşlı qızı Anna da Yelena ilə qalacaq. Rıbalovlevlərin yeniyətmə yaşlarında olan Yeketerina adlı qızları da var.

Yelena Rıbolevlevin vəkili Mark Bonnat bu boşanma prosesini dünya tarixində ən bahalı boşanma adlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti