Prezident: "Dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var"

Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə görüşündə Kuba Prezidentinin iştirakını məmnunluqla xatırlayıb, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Kuba tərəfinə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğulayıb. O, deyib ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var.
AzVision.az
Teqlər: Prezident