Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin edildi

Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb.
Eyni zamanda o, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb.
Digər əmrlə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə gətirilib.
Müşavir C.Səlimxanov bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə işləyib.
Digər müşavir Oleq Əmirbəyov 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: