Bu barədə
AzVision.az -a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib. Qeyd olunub ki, Yedditəpə kurqanlarına yerində baxış keçirilərkən onların hazırkı vəziyyəti ilə əlaqədar bir sıra nüanslar müəyyən edilib. Belə ki, kurqanların bəzilərinin ətrafı dağıdılmış vəziyyətdədir, digərinə də müxtəlif təsərrüfat müdaxilələri edilib.
Xatırladaq ki, Biləsuvar rayonu ərazisindəki abidələr “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti” tərəfindən yenidən qeydə alınan zaman Yedditəpə kurqanları bir inventar nömrəsi ilə ölkə əhəmiyyətli arxeoloji abidələr siyahısına daxil edilib.
AzVision.az