Naxçıvanda etiraz edilən məktəb direktorunun yerinə yenisi təyin edildi

 Naxçıvanda etiraz edilən məktəb direktorunun yerinə yenisi təyin edildi
  01 Mart 2023    Oxunub:731
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova öz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu vəzifəni həmin məktəbdə dərs hissə müdiri vəzifəsində çalışmış Tahirə Qasımova icra edəcək.

Qeyd edək ki, 12 nömrəli məktəbin əvvəlki direktoru, Naxçıvan Ali Məclisinin deputatı Turan Məmmədli ötən ay müəllimlərlə yaşadığı qalmaqala görə vəzifəsindən uzaqlaşdırılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti