Ceyhun Bayramov Çinin xüsusi nümayəndəsi ilə görüşüb
-1676661441.jpg)
Tərəflər iki ölkənin regionları və şəhərləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının, inkişaf etdirilməsinin və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini qeyd ediblər.
Görüş zamanı Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.
C.Bayramov ölkələrimiz arasında nəqliyyat, tranzit və logistika sahəsində geniş əməkdaşlıq imkanları olduğunu, habelə Ələt Azad İqtisadi Zonasının və bu istiqamətdə sərmayələrin əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tərəflər, ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlığın gələcək gündəliyini müzakirə edib, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
C.Bayramov həmkarına Ermənistanın 30 il müddətində ərazilərimizin işğalının fəsadları, 2020-ci ildən sonrü bölgədə mövcud olan post-münaqişə vəziyyəti, sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən atılan addımılar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə mövcud mina təhdidləri barədə məlumatlandırıb.
Görüş zamanı, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: