Prezident onu çıxarıb yerinə Səbinə Hacıyevanı təyin etdi- Sərəncam

   Prezident onu çıxarıb yerinə Səbinə Hacıyevanı təyin etdi-    Sərəncam
  01 Mart 2023    Oxunub:1209
Mədəniyyət Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı daha bir sərəncamla Azad Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi postundan azad edilib.

Prezidentin digər sərəncamı ilə Səbinə Xalid qızı Hacıyeva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

AzVision.az



Teqlər:





Xəbər lenti