Heydər Əliyev Mərkəzinin direktoruna yeni birinci müavin təyin edilib

F.Novruzov bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, F.Novruzov 2009-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2011-ci ildə Fransanın Strasburq Universitetinin siyasi elmlər ixtisası üzrə, 2012-ci ildə isə həmin universitetin hüquq ixtisası üzrə magistr dərəcəsini alıb.
2017-2020-ci illərdə Azərbaycan Beynəlxalq Bankının hüquq departamentinin direktoru olub. Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.
Teqlər: