Hacı Şahin “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

   Hacı Şahin “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq
  02 Mart 2023    Oxunub:1253
Məşədi Dadaş məscidində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli ilə vida mərasimi keçirilir.
AzVision.az xəbər verir ki, mərhum son mənzilə Məşədi Dadaş məscidindən yola salınacaq. Hacı Şahin Həsənlinin cənazəsi hazırda həmin məsciddədir.

Din xadimi Hacı Şahin Həsənlinin dəfn yeri də açıqlanıb. O, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, din xadimi səhər saatlarında 48 yaşında ürəktutmasından vəfat edib.

AzVision.az



Teqlər:





Xəbər lenti