Azərbaycan Prezidenti: "BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir"

      Azərbaycan Prezidenti:    "BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir"
  02 Mart 2023    Oxunub:730
BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
AzVision.az xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Azərbaycana gəldikdə isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır”.

Zirvə görüşündə iki qlobal çağırışı bəyan edən Azərbaycan Prezidenti bildirib: “Bunlar Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləməkdir. Məmnuniyyətlə elan edirəm ki, Azərbaycan ilk donor ölkə kimi hər iki qlobal çağırışa 1 milyon ABŞ dolları məbləğində vəsait ayırır. İnanıram ki, Qoşulmama Hərəkatının üzvləri və beynəlxalq ictimaiyyətin digər üzvləri Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək və bizə qoşularaq postpandemiya bərpası dövründə ehtiyacı olan ölkələrə dəstək verəcəklər”.

AzVision.az



Teqlər:





Xəbər lenti