BMT Azərbaycana təşəkkür edib

Onun sözlərinə görə, pandemiya “Böyük Depressiya”dan sonra dünyada ən böyük işsizlik problemi yaradıb, ən ağır çətinliklər isə ÜDM-i aşağı olan ölkələrin təhsil sistemində meydana gəlib.
Pandemiya ilə mübarizədə səyləri birləşdirmək məqsədilə QH-yə sədrlik edən Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupu yaradılıb.
"Son 3 il ərzində Hərəkata üzv dövlətlər ardıcıl olaraq bütün mövcud platformalardan, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasından istifadə edərək, dövlətləri vaksinlərin bərabər paylanmasını və əlçatanlığını təmin etməyə çağırıblar. Pandemiya başladıqdan qısa müddət sonra Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas tibbi və humanitar ehtiyacları haqqında məlumat bazası yaradan xüsusi işçi qrupu təsis edilib və bu, pandemiya ilə mübarizədə lazımi dəstəyin təmin edilməsində BMT-nin xüsusi agentlikləri üçün istiqamətverici rol oynayıb ", - Valovaya bildirib.
"Azərbaycanın bu təşəbbüsü dövlətlərə COVID-19-dan sonrakı bərpa üçün birləşməyə imkan verir", - o deyib.
AzVision.az
Teqlər: