AEBA-nın baş direktoru “Metsamor” AES-dən danışdı

   AEBA-nın baş direktoru “Metsamor” AES-dən danışdı
  02 Mart 2023    Oxunub:832
“AEBA müxtəlif sahələrdə Azərbaycana yardım edir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib. AEBA baş direktoru bu əməkdaşlığın xüsusilə də kənd təsərrüfatı sahəsində dərmanlarla bağlı olduğunu vurğulayıb.

O, həmçinin əlavə edib ki, Bakıya səfəri çərçivəsində AEBA-nın nüvə texnologiyası baxımından pandemiyanın nəticələri ilə mübarizədə ölkələrə necə kömək edə biləcəyini müzakirə etməyə ümid edir.

AEBA-nın baş direktoru “Metsamor” AES-in fəaliyyətindən də danışıb: "Ermənistandakı atom elektrik stansiyasında təhlükəsizlik addımları təmin edilir. Burada təhlükəsizliyin təmin olunması ilə bağlı əvvəllər müəyyən müzakirələr olub. Orada AEBA missiyası var və biz təhlükəsizlik standartlarının təmin olunması üçün ermənistanlı tərəfdaşlarımızla təmasdayıq".


AzVision.az




Teqlər:





Xəbər lenti