Dünyada dərman böhranı dərinləşir

Ötən ilin payızından başlayaraq, İranda bir sıra dərmanların çatışmadığı barədə xəbərlər yayılmaqdadır. Bir neçə gün öncə Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi dərman çatışmazlığı böhranı barədə növbəti dəfə çıxış edib. Onun sözlərinə görə, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu büdcə dərman bazarının yarısını belə əhatə etmir:
"Dərman idxalçılarının və dərman xammalının üzləşdiyi likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara rəğmən, hökumət praktiki olaraq dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli addım atmayıb". Həmid Xoyi mart ayından sonra ölkədə dərman qıtlığı böhranının daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib.
Qazaxıstanın Səhiyyə Nazirliyi isə bahalığın qarşısını almaq üçün dərman vasitələrinin maksimal qiymətlərini müəyyən edib. Qazaxıstanın səhiyyə nazirinin müavini Jandos Burkitbayevə görə, bəzi dərmanların qiyməti istehsalçıların özləri tərəfindən qaldırılıb. O əlavə edib ki, yanvarın 9-da departament 6715 adda dərmana qiymət limiti müəyyən edib. Qazaxıstanın səhiyyə nazirinin müavini onu da vurğulayıb ki, 6 ay ərzində 1918 adda, yəni siyahıdakı bütün dərmanların 29%-də qiymətlər təxminən 30% artıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: