Hacı Şahinin ölümü prokurorluqda araşdırılır

   Hacı Şahinin ölümü prokurorluqda araşdırılır
  02 Mart 2023    Oxunub:1119
Məşədi Dadaş Məscidinin imamı Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, TƏBİB tanınmış ilahiyyatçının ürəktutmadan dünyasını dəyişdiyini açıqlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti