Yunanıstanda qatar qəzası: 57 nəfər öldü

Yunanıstanda qatar qəzası:    57 nəfər öldü
  03 Mart 2023    Oxunub:943
Yunanıstanın Tempe vadisində baş verən qatar qəzasında ölənlərin sayı 57 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə "Protothema" portalı məlumat yayıb. Qeyd olunub ki, 48 yaralı xəstəxanaya yerləşdirilib, 6 nəfər reanimasiyadadır. Həmçinin 56 nəfərin itkin düşdüyü bildirilir. Ölənlərin şəxsiyyətinin müəyyən edilməsi prosesi gedir. Qəza yerində xilasetmə işləri davam edir.

Xatırladaq ki, hadisə yerli vaxtla fevralın 28-dən martın 1-nə keçən gecə baş verib. Afinadan Salonikiyə gedən sərnişin qatarı sürətlə hərəkət edən yük qatarı ilə toqquşub. Fövqəladə vəziyyətlə bağlı aparılan araşdırmalar çərçivəsində Larisadakı dəmiryol vağzalının rəhbəri saxlanılıb. O, günahını etiraf edib. Yunanıstanın Maliyyə Nazirliyi ölənlərin dövlət hesabına dəfn edilməsinə qərar verib.

AzVision.az


Teqlər:





Xəbər lenti