Ceyhun Bayramov Qrossi ilə "Metsamor" AES-i müzakirə edib

Nazir Ceyhun Bayramov Agentliyin səlahiyyət dairəsinə daxil bir çox istiqamətlərdə uzun illərdən bəri birgə proqramlar həyata keçirildiyini, kənd təsərrüfatı, neft-kimya sənayesi, tibb və s. sahələrdə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edərək, digər bir sıra istiqamətlərdə də geniş perspektivlərin olduğunu vurğulayıb.
Görüş zamanı nazir həmçinin nüvə təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın böyük əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda Ermənistan tərəfindən köhnəlmiş texnologiyaların istifadə edildiyi "Metsamor" atom elektrik stansiyasının istismarı zamanı AEBA tərəfindən müəyyən edilmiş təhlükəsizlik standartlarına riayət edilməsinin vacibliyini vurğulayıb.
Baş direktor Qrossi Azərbaycanın AEBA üçün əhəmiyyətli tərəfdaş olduğunu qeyd edərək, keçirilən birgə layihələri məmnunluqla vurğulayıb, habelə nüvə təhlükəsizliyi və Agentliyin ixtisaslaşdığı digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin mövcud olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: