Əfsanəvi caz artisti vəfat etdi

   Əfsanəvi caz artisti vəfat etdi
  03 Mart 2023    Oxunub:1620
Əfsanəvi caz sənətçisi Ueyn Şorter martın 2-də 89 yaşında vəfat edib.
Los-Ancelesdə dünyasını dəyişən məşhur caz ifaçısı saksafon ustası olub və 20-ci əsrin caz musiqisinin formalaşmasında mühüm rol oynayıb. 12 dəfə "Qremmi"mükafatı alan sənətçi Miles Davis, Carlos Santana və Herbie Hancock kimi musiqiçilərlə çalışıb.

Mətbuat sözçüsü Şorterin ölüm xəbərini sosial şəbəkədə açıqlayıb. Acı xəbər caz aləmində böyük kədərə səbəb olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti