Ombudsman: "Əlilliyin qiymətləndirilməsi ilə bağlı süründürməçiliyin qarşısı alınmalıdır"

     Ombudsman:    "Əlilliyin qiymətləndirilməsi ilə bağlı süründürməçiliyin qarşısı alınmalıdır"
  03 Mart 2023    Oxunub:841
Azərbaycanda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı yol verilən süründürməçiliyin qarşısı alınmalıdır.
Bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə əillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsi təklif olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti