Hacı Şahinlə bağlı saxta yardım kampaniyası - İnanmayın!

   Hacı Şahinlə bağlı saxta yardım kampaniyası -    İnanmayın!
  03 Mart 2023    Oxunub:1359
Bəzi şəxslər tanınmış din xadimi Hacı Şahin Həsənlinin yas mərasimi və digər məsələlərlə bağlı yardım kampaniyası başladıblar.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə müxtəlif adlar altında aparılan bu cür kampaniyalar çərçivəsində bank hesabları paylaşılır və insanlardan yardımlar umulur.

Bununla bağlı mərhum din xadiminin sosial şəbəkə hesablarında vətəndaşlar diqqətli olmağa çağırılır.

"Hacı Şahinin dəfni və digər məsələlərə yardımla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Diqqətli olmağınızı xahiş edirik", deyə Hacı Şahin Həsənlinin adına olan feysbuk səhifəsində bildirilir.
AzVision.az


Teqlər:





Xəbər lenti