İordaniyalı jurnalist: Minalardan istifadəyə görə cəzalar sərtləşdirilməlidir"

  İordaniyalı jurnalist:  Minalardan istifadəyə görə cəzalar sərtləşdirilməlidir"
  04 Mart 2023    Oxunub:1117
"Dinc əhali üçün böyük təhlükə yaradan minalardan istifadəyə görə cəzalar sərtləşdirilməlidir".
AzVision.az xəbər verir ki, bunu iordaniyalı jurnalist Fayez Raja Satea Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənməsini şərh edərkən deyib.

Jurnalist qeyd edib ki, Qarabağda minaların partlaması nəticəsində baş verən dağıntıların şahidi olub: "İnsan ədalətlə yaşamalıdır, müharibə aparmamalıdır. Ümumiyyətlə, minalar çox təhlükəlidir, çünki insanların hərəkətinə böyük maneə yaradırlar”.

Bununla belə, iordaniyalı jurnalist Qarabağda infrastrukturun fəal şəkildə bərpa edilməsinin şahidi olub: "Bu torpaqlara həyat yenidən qayıdır".

AzVision.az



Teqlər: İordaniyalı-Jurnalist   Mina   Cəza  





Xəbər lenti