Ceyhun Bayramov Qətərə gedib

   Ceyhun Bayramov Qətərə gedib
  05 Mart 2023    Oxunub:740
4 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Bu barədə AzVision.az -a Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
AzVision.az


Teqlər:



Xəbər lenti