Gürcüstan Parlamentində əlbəyaxa dava - VİDEO

   Gürcüstan Parlamentində əlbəyaxa dava -    VİDEO
  06 Mart 2023    Oxunub:740
Gürcüstan Parlamentində xarici agentlər haqqında qanun layihəsinə baxış zamanı dava düşüb.
"Rustavi 2" Gürcüstan televiziya kanalının məlumatına görə, qanun layihəsi Hüquq Komitəsinin iclasında müzakirə edilib.

Mübahisə hakim "Gürcü arzusu" partiyasından olan deputat Anri Ohanaşvili və müxalifətin nümayəndələri arasında baş verib.

Nəticədə bəzi millət vəkilləri - müxalifət partiyasının "Ahmasenebeli strategiyası" nın lideri Georgi Vaşadze və "Milli Hərəkat"ın sədri Levan Habeişvili iclas zalını tərk etməli olublar.

Bundan sonra texniki fasilə elan edilib. Qeyd edək ki, eyni qanun layihəsinin müzakirəsi zamanı martın 2-də də deputatlar arasında oxşar dava baş verib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti