Azərbaycanda dərsə gecikən şagirdə döşəmə sildirdilər - Səs yazısı

  Azərbaycanda dərsə gecikən şagirdə  döşəmə sildirdilər - Səs yazısı
  06 Mart 2023    Oxunub:3185
Azərbaycanda orta məktəbdə dərsə gecikən şagirdə döşəmə sildiriblər.
AzVision.az xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin müəllimi dərsə gecikən şagirdə cəza olaraq məktəbin döşəməsini sildirib. Hətta ona xəbərdarlıq edilib ki, növbəti dəfə dərsə gecikərsə, məktəbin tualetini də siləcək.

Şagirdin bacısı bildirib ki, qardaşı döşəməni silərkən müəllimi onu videoya da çəkib. Onunla danışan müəllimə bunun məktəbin daxili qaydaları olduğu və gecikən şagirdlərə tətbiq olunduğunu qeyd edib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən AzVision.az -a bildirilib ki, hazırda əməkdaşlar məktəbdədir və araşdırma aparılır.

Əlavə məlumat veriləcək.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti