"Məktub yazdı ki, bağışlayın, olmadı...” - VİDEO

 "Məktub yazdı ki, bağışlayın, olmadı...” -  VİDEO
  06 Mart 2023    Oxunub:1507
Əməkdar artist Könül Kərimova həyat yoldaşından boşandığını etiraf edib.
AzVision.az xəbər verir ki, müğənni bu haqda "Günün sədası" verilişində deyib. Kərimova evliliyini 30 il qoruya bildiyini açıqlayıb:

"Xanımlığı çox arzu etdim, amma qismətim olmadı. Bu yaxınlarda bir yazıçıdan gözəl söz eşitdim. Dedi ki, yanlış bir evlilik bütün ömrün boyu uduzmaq deməkdir. Etiraf edirəm ki, çox şeylərdən geri qalmağımın səbəbi məhz evliliklə bağlı yaşadığım bu çətinliklərim oldu.

Ağır bir məclisdən çıxırdım, gedib yorğun, halsız evə çatırdım və evdəki problemləri həll etməyə başlayırdım. Xatırlamıram ki, gəlib evdə nəyisə hazır görüm. Əslində bu addımı atmaq o qədər də çətin olmadı. Çünki mən vidalaşmışdım. Elə ilk gündən, yanlış imza atdığım andan bunu hiss etmişdim. Başa düşdüm ki, evlilik sadəcə kağız üzərində olmur. Hara qədər bacardımsa, oraya kimi daşıdım. Çox səliqəli sağollaşdıq. Məktub yazdı ki, bağışlayın, olmadı...”.

Qeyd edək ki, Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Zaman-zaman onların boşanmaları haqda xəbərlər yayılsa da, K. Kərimova bunu açıqlamayıb. Cütlüyün iki övladı var.



AzVision.az


Teqlər:





Xəbər lenti