Lukaşenko Zelenskini "bit yumurtası" adlandırdı

 Lukaşenko Zelenskini  "bit yumurtası"  adlandırdı
  07 Mart 2023    Oxunub:1778
Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynanın rəhbəri Volodimir Zelenski Belarus ərazisində Rusiya təyyarələrinə qarşı təxribat hazırlığından xəbərdar ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

“Prezident Zelenski sadəcə bir bit yumurtasıdır. Sadəcə bit yumurtası! Bu cür əməliyyatlar ölkə rəhbərinin və baş komandanın razılığı olmadan həyata keçirilmir. Mən bunu sizə bir prezident kimi deyirəm”, - Belarus lideri bildirib.

Bundan əvvəl mətbuatda Ukraynanın Çerniqov və Kiyev vilayətləri ərazisindən buraxıldığı iddia edilən pilotsuz təyyarələrin Minsk yaxınlığındakı Maçulişçi hərbi aerodromuna hücum etdiyi barədə məlumatlar dərc edilib. Üstəlik, Belarus-Ukrayna sərhədində guya atışma olduğu barədə məlumat yayılıb.

Daha sonra Lukaşenko bildirib ki, Maçulişçi aerodromunda A-50 təyyarəsini təxribat etmək cəhdində iştirak edən Ukrayna xüsusi xidmət orqanlarının terrorçusu və onun silahdaşları Belarusda saxlanılıb.


Teqlər:





Xəbər lenti